Məzmuna keç
  • Azeri Light122.49 $▼4.00%
  • Brent neft111.27 $▲0.39%
  • WTI neft101.76 $▲0.41%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.060 $▼0.13%
  • Qızıl4 062 $▲0.14%
  • Gümüş54.05 $▼0.12%
  • Pambıq78.50 ¢▲0.59%
  • Buğda607.50 ¢▼0.65%
  • Bitcoin80 634 $▼0.21%
  • Ethereum2 336 $▼0.48%
  • S&P 5007 732▲0.11%
16°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
Gündəm

Vüqar Qurbanovun içki məclislərində vəzifə bölgüsü

image-vuqar55
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

2021-ci ilin isti yay günlərinin birində başlanan qeyri-rəsmi söhbətin sonradan ciddi idarəçilik və korrupsiya iddialarına çevrildiyi bildirilir.

Busaat.az xəbər verir ki, NOCOMMENT-a məlumat verən mənbə iddia edib ki, həmin vaxt Ağdam rayonu Soltanbud meşəsində keçirilən qonaqlıq zamanı səsləndirilən vəd bir neçə ay sonra reallaşıb və bu təyinatla birlikdə xəstəxanada qanunsuzluqlar zənciri başlayıb.

Məlumata əsasən, 17.12.2021-ci il tarixində Kamil Həsənov Ağdam Rayon Mərkəzi Xəstəxanasına (RMX) direktor vəzifəsini müvəqqəti icra edən şəxs kimi təyin olunub. Bundan sonra isə dövlət əmlakının mənimsənilməsi, vəzifələrin pulla satılması, diplomsuz şəxslərin işə götürülməsi, sertifikasiyadan keçməyən tibb işçilərinin fəaliyyətə buraxılması kimi hallar baş verdiyi iddia olunur.

İrəli sürülən iddialara görə, 3000-5000 AZN müqabilində tibb bacısı, 8000-10000 manat qarşılığında isə sürücü və mühafizəçi vəzifələrinə təyinatlar həyata keçirilib. Həmçinin maliyyə yoxlamaları zamanı aşkar edilən yeyintilərin cüzi cərimə ilə ört-basdır edildiyi bildirilir.

Bundan əlavə, Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri Sadıqova Mətanət və digər şəxslərlə əlbir olaraq saxta xəstə bülletenlərinin açılması, mövcud olmayan xəstələrin adına dərman yazılması və həmin dərmanların apteklərdə satışa yönləndirilməsi kimi ağır ittihamlar səsləndirilir.

Ən diqqətçəkən iddialardan biri isə 06.02.2024-cü il tarixində 5 həftəlik hamiləliyin pozulması əməliyyatı keçirildiyi göstərilən xəstənin 28.02.2024-cü ildə “qəysəriyyə əməliyyatı” ilə sağlam uşaq dünyaya gətirməsi barədə sənədləşmə aparılması ilə bağlıdır. Bu faktın tibbi baxımdan mümkünsüz olduğu vurğulanır.

İddialarda həmçinin xəstəxana vasitəsilə 70 nəfərə əlillik qrupu verilməsi və bununla dövlətə zərər vurulması, eləcə də ANAMA əməkdaşları ilə bağlı tibbi arayışların şübhəli şəkildə rəsmiləşdirilməsi məsələləri də yer alır.

Nəhayət, bildirilir ki, 2025-ci ilin yanvar ayında Vüqar Qurbanov əvvəl verdiyi vədi yerinə yetirərək Kamil Həsənovu Ağdam RMX-na direktor təyin edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=180869