“İncə səhər” verilişində gərgin anlar yaşanıb.
Busaat.az xəbər verir ki, aparıcı Vüsalə Əlizadə müğənnilər Sevil-Sevinc Səfərova bacılarından studiyada əl qabiliyyətlərini göstərmələrini istəyib və ifaçıları digər əkiz qonaqlarla yarışmaya çağırıb.
Onlar isə “biz bura oxumağa gəlmişik, yemək bişirməyə yox. Mətbəxdə bizim əl qabiliyyətimizi hər kəs bilir. Bir tərəfdən oxuyub digər tərəfdən salat doğramaq düzgün deyil”, – deyə cavab veriblər. Səfərova bacıları verilişə dəvət olunarkən efir prodüserinə yemək bişirməyəcəklərini dediklərini açıqlayıblar.
V. Əlizadə isə cavabında yemək bişirən qonaqlar arasında Xalq və Əməkdar artistlərin olduğunu xatırladıb, həmçinin efir prodüserinə sözügedən məsələ ilə bağlı onu məlumatlandırmadığı üçün irad bildirib.
Verilişin sonunda Səfərova bacıları aparıcının canlı oxumaq təklifini də rədd ediblər.
Həmin görüntüləri təqdim edirik: