“Xaçaturyan bıçaqla ayaq damarımı kəsdi ki, qanaxmadan ölüm

image-xacat554backend

Hələ 18 yaşım olanda Vaqif Xaçaturyanın işgəncələrinə məruz qalmışam.

Busaat.az xəbər verir ki, bunu Xocalı rayonunun Meşəli kənd sakini Məmməd Kazımov Azərtac-a müsahibəsində deyib.

M.Kazımov fikirlərinə belə davam edib: “Xankəndidə sürücülük məktəbini bitirmişəm. Meşəlidən olan tanışlarımla imtahan verməyə getmişdik. Qəfildən yolumuzu 50-60 nəfər kəsdi, bizi Xankəndi şəhər polis şöbəsinə apardılar. Orada amansız işgəncələrə məruz qaldıq. Şöbədə olduğumuzun səhəri günü Vaqif Xaçaturyan da gəldi. Elə bildim ki, Meşəlidən olduğu üçün bizə kömək edə bilər. Polislərdən birindən bizim kim olduğumuzu soruşdu. Dedilər ki, Meşəlidəndirlər. Polis məni göstərib dedi ki, bu uşağı nə qədər döyürük, xeyri yoxdur, elə “Qarabağ bizimdir” qışqırır. Bundan sonra Vaqif Xaçaturyan mənə işgəncə verməyə başladı. Axırda bıçaqla ayaq damarımı kəsdi ki, qanaxmadan ölüm. Növbəti gün bizi rus mayor xilas elədi. Bizi Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə qoyub qayıtdılar”.

1991-ci il dekabrında baş verən Meşəli hadisələrindən danışan həmsöhbətim deyib:

“O zaman özünümüdafiə dəstəsində döyüşçü idim. Bilirdim ki, Xaçaturyan qarşı tərəfin dəstə rəhbəridir. Biz onların rabitə aparatlarına qoşulurduq, Xaçaturyanı səsindən tanıyırdıq. Onlar bundan əvvəl rayonun Cəmilli kəndinin sakinlərinə divan tutmuşdular. Bizi təhdid edirdi ki, Meşəlini Cəmillidən də betər edəcəyik. Azərbaycan dilində deyirdi ki, əlilləri, qocaları, qadınları kənddən çıxarın. Biz Vaqifi səsindən tanıyırdıq, həm də qarşı tərəfdən girov götürüb onlardan söz alırdıq. Etiraf edirdilər ki, qruplardan birinin rəhbəri Vaqif Xaçatryandır. Ümumilikdə, Xocalı hadisələrində 46 nəfər yaxınımı itirmişəm. Danmağına baxmayaraq, Vaqif Xaçaturyan təkcə Meşəlidə deyil, digər ərazilərdə də insanlara işgəncə verib”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki