Xalq artisti həbs olundu – FOTO

image-1748330575_hebs-1jpg-1748349509backend

Başqırdıstanın xalq artisti Vildan Yarullin vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə həbs edilib.

Busaat.az Lent.az-a  istinadla bildirir ki, onun barəsində həbs-qətimkan tədbiri mayın 24-də Ufanın rayon məhkəmələrindən birində seçilib. Yarullin iyulun 4-dək həbs edilib.

Məlumata görə, sənətçinin həbsi mayın 26-da bilinib. Cinayət işi ilə bağlı rəsmi məlumat yoxdur, lakin mənbələrə görə, bu, Başqırdıstan Dövlət Qoruğu Şirkətinin fəaliyyəti ilə bağlıdır.

Vildan Yarullin 2019-cu ilin iyun ayından Başqırdıstan Dövlət Qoruğunun rəhbəridir. Respublikanın xalq artisti həmçinin Ufadakı “İremelbashresurs” şirkəti və “Ufa MMC Studio Karavan-Saray”da da paya malikdir

image-y2wwcnn16ci-pic_32ratio_900x600-900x600-53107_1748325553jpg-1748349458


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki