Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft93.84 $▼1.50%
  • WTI neft87.18 $▼1.31%
  • Avropa qazı (TTF)86.58 €▼4.81%
  • Təbii qaz (ABŞ)3.158 $▲0.00%
  • Qızıl3 866 $▼0.11%
  • Gümüş47.06 $▼0.56%
  • Pambıq81.34 ¢▲3.03%
  • Buğda590.00 ¢▲0.55%
  • Bitcoin64 918 $▼0.61%
  • Ethereum1 836 $▲0.06%
  • S&P 5007 497▼0.85%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Mədəniyyət

Əməkdar artistin vəziyyəti ağırdır - Xeyli qan itirib - FOTO

image-1638967008_xestexanasekil
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Əməkdar artist Elxan Qasımovun səhhəti pisləşib.

BAKU.WS xəbər verir ki, aprelin 7-dən 8-nə keçən gecə aktyorun qəfildən vəziyyəti ağırlaşıb və o, təcili olaraq xəstəxanaya yerləşdirilib.

Bu barədə BAKU.WS-ə Elxan Qasımovun qızı Kəmalə xanım məlumat verib. O bildirib ki, hazırda xəstəxanada olan atası xeyli qan itirib və ona qan köçürülür:

“Təxminən gecə saat 3 radələri idi. Atam dedi ki, belim ağrıyır onun da ağırısı ayağıma vurur. Yeriyə bilmirəm. Mən özüm də həkiməm. Başa düşdüm ki, ağrı onun qarın boşluğundadır. Radikuliti nəzərdə tuturam. Hər zamankı kimi ağırkəsici iynə vurdum. Həmişə ağrıları olanda belə edirdim. Sonra gördüm vəziyyəti düzəlmir, daha da pisləşir. Soyuq tər gələndə artıq təcili yardıma xəbər verdik.

Qarın boşluğundakı ağrılarla zarafat etmək olmaz. Atamda Aorta anevrizması qarın boşluğuna partlayıb. Külli miqdarda qan itirib. Artıq xəstəxanaya aparanda dedilər ki, yaşama şansı çox azdır. Gec gətirmisiniz. 90% həyati təhlükəsi var. Amma həkimlər əməliyyat etdilər. Orqanları uzun müddət qansız qaldığı üçün fəaliyyətini dayandırmaq həddinə gəlib. Böyrəklərini, əsas da beyni bərpa etmək lazım idi. Biraz böyrəklərdə irəliləyiş var. Beynində isə irəliləyiş yoxdur. Ona xeyli qan vurulur. Orqanizmi çox qan itirib”.

Xatırladaq ki, Qasımov “Əhməd haradadır” filmində “sürücü Əhməd” rolunu oynayıb.

Xalq artistinin vəziyyəti ağırdır - Xeyli qan itirib

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=109295