“Xankəndidəki mitinqdə baş verəcək qarşıdurmaya Azərbaycan polisinin…” – ŞƏRH

image-xankendibackend

“Keçiriləcək mitinqdə qarşıdurmanın olması, sonra isə iki min nəfərlik Azərbaycan polisinin qarşıdurmaya müdaxilə etməsi ilə bağlı proqnoz tamamilə absurddur”.

Bunu Samvel Babayanın Xankəndində mitinq keçirməsindən narahatlığını bildirən erməni jurnalist N.Xoxikyanın polislə ictiamiyyət arasında qarşıdurmanın yaranacağı və Azərbaycanın 2000 nəfərlik polislə buraya müdaxilə edəcəyi proqnozunu şərh edən politoloq Elşad Həsənov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, Xankəndidə nəzərdə tutulan mitinqin keçirilməsi revanşist qüvvələrin bir-birinə rəqib kimi çıxış etməsini göstərir:

image-elsad-hesenov

“Onlar bu gün parçalanıblar, yekdil mövqedə deyillər. Bu parçalanma Vardanyanın gəlişi ilə başladı. Qarabağdakı revanşist qüvvələr Vardanyanın puluna, var-dövlətinə arxalanaraq həmin pulların onlara xərclənəcəyini sandılar. Sandıqları kimi olmadığını gördüklərində isə Azərbaycanın təyziqləri nəticəsində Vardanyan istefaya məcbur edildi. Samvel Babayan separatçı rejimin dövlət naziri olmaq istəyir. Mitinqin məqsədi budur. S.Babayanı Ermənistan siyasi rəhbərliyi dəstəkləyir. Keçiriləcək mitinqdə qarşıdurmanın olması, sonra isə iki min nəfərlik Azərbaycan polisinin qarşıdurmaya müdaxilə etməsi ilə bağlı proqnoz tamamilə absurddur”.

“Azərbaycan bu gün öz ərazisində işlərini davam etdirir. Biz Xankəndi məsələsini danışıqlar yolu ilə həll etməyə çalışırıq. Orada yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün müvafiq tədbirlər görülür. Bununla bağlı Brüssel görüşlərində də söhbətlər aparılıb. Həmin açıqlama provokasiya xarakterlidir. Azərbaycan isə belə bir addımı qətiyyən atmayacaq”, – politoloq əlavə edib.

Ələsgər / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki