XAŞ- hansı millətin mətbəxinə aiddir və yaranması tarixi

image-1backend
image-ad_qayo_720x110px
Bu gün sosial mediada ermənilər yeni bir iddia ortaya atıblar. Guya Qafqaz xalqlarında orta əsrlərdən etibarən məhşur olan XAŞ onların mətbəxinə aiddir. Bilirsiniz, ermənilərin saxta iddiaları o qədər çoxdur ki, onlara inansaq İsa Peyğəmbər (s) da ata tərəfdən erməni, ana tərəfdən yəhudidir.
Hər zaman tarixi, mədəniyyəti və mətbəxi olmayan kiçik xalqlar böyük xalqlardan oğurluq edirlər və onları özününkü edirlər. Böyük xalq isə mərhəmətli davranır, onların vaxtında cavabını vermir. Tam əminliklə deyirəm, istənilən zaman da sübut edərəm ki, Anadoludan tutmuş Çin səddinə qədər bütün mədəniyyət məhz Azərbaycandan yayılıb və bu gün də İrandan tutmuş Turana qədər hər şey bizdən oğurlananlardır. Gürcü və ermənilər də bu coğrafiyaya köçürüləndən sonra ilk işləri bizə aid olanları öyrənmək, istifadə etmək və özünüküləşdirmək olub.
Keçək XAŞ-ın “erməni” tarixinə.
Ermənilərin iddiasına görə Xaş erməni və gürcü mətbəxinin elementlərini təqdim etməklə ölkəsinin mətbəxini daha rəngarəng etmək qərarına gələn I Şah Abbasın dövründə icad edilib. Başqa bir versiyaya görə, xaş Səfəvilər sülaləsi dövründə hazırlanırdı və I Şah Abbas yalnız bu yeməyi məşhurlaşdırıb. Guya Şah Abbasa XAŞ-ı bişirən “erməni aşbaz” olub.
Elə XAŞ sözünün lingivstik anlayışna baxaq-Xaş sözü oğuz türkcəsində olan xaşlamaq (bişirmək, yeməyi qaynatmaq) feilindən gəlir. Türkiyə türkcəsində bu söz haşlama, Azərbaycan türkcəsində xaşlama, başqırd türkcəsində bişkən (bişirilgən), qazax türkcəsində pişirilgen (pişken) et, qırğız türkcəsində bışkan et, kaynatkan et, özbək türkcəsində dimləmə, tatar türkcəsində pişkən (pişirilgən) it, türkmən türkcəsində qaynatma, uyğur türkcəsində pişirilgən qoş şəkillərində işlənir.
Anadoludan Çin səddinə qədər bütün türk xalqlarında XAŞ, Xaşlama sözü olduğu halda Hindistanın Kəlküttə ərazisindən XVII əsrdə İrana və ordan da Qafqaza köçürülən qaraçı boşa tayfası (indiki ermənilər) bu sözləri nəinki oğurlayıblar, indinin özündə də Türk sözü kimi istifadə edirlər.
XAŞ kasıb yeməyidir?
Uzun müddətir ki, cəmiyyətdə belə bir fikir formalaşıb ki, guya XAŞ kasıb yeməyidir və varlı insanlar heyvan kəsdirəndə onun ayaq və baş hissələrini kasıblara veriblər və onlarda bundan yararlanıb XAŞ-ı kəşf ediblər. Orta əsrlərdən bu günə qədər tibb kitablarında ən güclü təsir edici dərman əvəzedicisi kimi yazılan XAŞ necə kasıb yeməyi ola bilər? Yaxud hazırlanması bir sənət əsəri olan yemək və onun içində olan indiqrentlərə kasıbın çıxışı necə ola bilərdi?
Bir həqiqət var. XAŞ pulundan və varından asılı olmayaraq bütün təbəqənin yediyi ən sağlam yeməkdir.
XAŞ hansı millətə aiddir?
Xaş, mal-qaranın əhliləşdirildiyi müddətdən bəri maldarlar və türklər tərəfindən hazırlanmış və Monqolustandan Türkiyəyə qədər Asiyada geniş yayılmış yeməkdir. Bunu Kulinariya tarixi haqqında – Antuan Kareme, Kaufman, Trakiyalı Dionysius tərəfindən “Qrammatika sənəti” və digərlərinin əsərində təsdiqini tapa bilərik. Onlar bu yeməyin yaradıcları kimi Türk xalqlarının olduğunu təsdiq edir. Ermənilərin mənbə kimi təqdim etdiyi Poxlebkinin kitabı isə sonradan müəllifin bu səhvi düzəltmək üçün ikinci nəşrə təqdim etməsindən sonra 2000-ci ilin 13 aprelində evində qətl edilmiş halda tapılır. Məhkəmə-tibbi ekspertizanın rəyinə görə başına və boğazına çoxsaylı zərbələrdən sonra ölüb. (ASALA dəsti xətti)
Türk xalqları kəsdikləri heyvanların əti ilə yanaşı başı və ayaqlarını xüsusi sup formasında bişirmək üçün xaşlayırdılar. XAŞ adı da yeməyə bu formada verilib. Xaşlanmaqdan yaranan yemək. Bu yemək o qədər güc verirdi ki, gecə növbəsində alaçıqları qoruyan əsgərlər onu səhərə qədər qazanda bişirirdlər və səhər ailə bir yerdə bu yeməyi yeyirdilər. Ocaq başında onun bişməsini gözləyən əsgərlər bu yeməkdən sonra öz növbələrini verib toxqarna yatırdılar.
Elə o zamandan XAŞ-ın səhər yeyilməsi adət olub.
Döyüşlər zamanı uzaq səfərə gedən əsgərlər üçün bu yeməyin xüsusi önəmi var idi. Çünki səhər obaşdan XAŞ yeyən əsgər axşama qədər döyüşdə yorulmurdu. Hətta türklər haqqında tarixi filmlər çəkən Çinlilər göstərir ki,gecə növbədə duran türk əsgərləri qazana heyvanın ayaq və başlarını doğrayıb atır və səhər yeyirdilər.
Yeganə ölkə də Azərbaycandır ki XAŞ qonaqlığı haqqında film çəkilib. Vaqif Mustafayevin “Musiqili Xaş” dünyada yeganə bu yemək barədə film sayılır.
Zaur Əliyev dosent
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki