İspaniya Xərçəng Araşdırma Mərkəzinin alimləri tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, Xərçəngin müalicəsində istifadə edilən genomik ardıcıllıq (GS) yalnız 5% hallarda təsirli olur.
Busaat.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İspaniya Xərçəng Araşdırma Mərkəzinin alimləri aparılan araşdırmaların nəticəsində belə qənaətə gəliblər.
Həkimlər Madridin iki xəstəxanasında müalicə alan 139 xəstənin xəstəlik tarixçəsini araşdırıblar. GS ağciyər xərçəngi, kolorektal xərçəng və ya melanomadan əziyyət çəkən xəstələr üçün göstərilir. Belə şişlərdə adətən bir neçə mutasiyalar olur, optimal müalicəni seçmək üçün GS lazımdır. GS həmçinin şişin qeyri-standart şəkildə müalicəyə müqavimət göstərdiyi hallarda göstərilir.
Bununla belə, əgər xəstədə sürətlə irəliləyən xərçəng varsa, GS müalicənin başlanmasını gecikdirəcək və yalançı ümidlər verəcək, Planet Today xəbər verir.
Həkimlərin sözlərinə görə, GS-nin nəticələri altı həftə ərzində məlum olur. Bu müddət ərzində xəstənin tam sağalacağına dair yalan ümidlər ola bilər və alternativ müalicələrə başlamağı və ya klinik sınaqlarda iştirakını gecikdirə bilər.
Busaat.az