Məzmuna keç
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 747 $▼0.01%
  • Ethereum2 235 $▼0.08%
  • S&P 5007 377▲0.27%
12°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Gündəm

Xəzər İbrahim gəmidə öldürülən Fərmanla bağlı paylaşım edib - Fotolar

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi, yanvarın 23-də Qvineya körfəzində “Mozart” konteyner gəmisinə nigeriyalı dəniz quldurlarının hücumu zamanı həlak olan gəminin 2-ci mühəndisi, azərbaycanlı Fərman İsmayılovun nəşi Qabona gətirilib.

Busaat.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim tvitter hesabında cənazənin Qabona gətirildiyi anın fotolarını paylaşaraq bu fikirləri qeyd edib:

“Qardaşımızın cənazəsinin ailəsinə qısa müddətdə çatdırılmasındakı dəstəyinə və əməkdaşlığa görə Türkiyənin Qabondakı səfiri Nilufər Ərdəm Kaygısıza və komandasına ürəkdən təşəkkür edirik. Hər zaman olduğu kimi, bu prosesdə də bir-birimizə dəstəyimiz davam edir”.

Qeyd edək ki, bundan öncə Türkiyənin Qabondakı səfirliyi həmyerlimizin nəşinin gətirilməsi ilə bağlı məlumat yaymışdı:

“Qardaşımızın cənazəsi Qabon Prezident Administrasiyasının təsis etdiyi xüsusi təyyarə ilə paytaxt Librevilə gətirilir. Səfir Nilufər Ərdəm Kaygısız da eyni təyyarədədir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=32869