Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Gündəm

“Xəzər TV”dən koronavirusa qarşı mübarizəyə dəstək

“Xəzər TV”dən koronavirusa qarşı mübarizəyə dəstək
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
“Xəzər” televiziyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürəcək.
Busaat.az xəbər verir ki, bununla bağlı qərar televiziyanın Baş direktoru Murad Dadaşovun sədrliyi ilə keçirilən iclasda qəbul olunub. Baş direktor bildirib ki, koronavirusla mübarizə tədbirlərinin işıqlandırılması və əhalinin maarifləndirilməsi ilə bağlı bütün resurslarını səfərbər edən "Xəzər" Media Holdinqi Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna da öz töhfəsini verəcək: “Koronavirusla mübarizəyə öz dəstəyimizi nümayiş etdirmək istəyirik. Ona görə də media qurumları arasında ilk olaraq biz bu addımı atırıq. Bütün daxili ehtiyatlarımızı səfərbər edərək, bu fonda 50 min manat dəstəklə çıxış edirik”,- deyə Murad Dadaşov bildirib. Baş direktor deyib ki, koronavirus pandemiyası ilə mübarizə artıq milli məsələyə çevrilib. Onun sözlərinə görə, bu məqamda dövlətin həyata keçirdiyi tədbirlərə dəstək olmaq, bütün imkanları ilə bu mübarizəyə qoşulmaq hər cür korporativ maraqların fövqündə dayanmalıdır: “İstəyirik ki, bütün şirkətlər, qurumlar, biznes strukturları, media orqanları öz korporativ maraqlarını bir anlıq kənara qoysunlar. Hazırda əsas marağımız Cənab Prezidentin bu addımına dəstək olmaqdır. Bu məsələdə vahid xalq kimi özümüzü göstərməliyik”,- deyə o, qeyd edib. “Xəzər” televiziyasının Baş direktoru onu da bildirib ki, dövlət tərəfindən görülən tədbirlər nəticəsində koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan dünyada ən uğurlu nəticə əldə edən ölkələrdən biridir. Amma mübarizənin daha effektiv olması və bu bəlanın dəf edilməsi üçün sosial və iqtisadi statusundan asılı olmayaraq, hər kəs həmrəylik nümayiş etdirərək dövlətə dəstək olmalıdır.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=2638