Xocalıda itkin düşən qardaşını geyimindən tanıdı, infarkt keçirdi – VİDEO

image-1709271990-dadsdas-1backend

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində qazıntı aparılan zaman kütləvi insan qalıqları aşkarlanıb. Meyitlərdən birini paltarlarından tanıyan Xocalı sakini infarkt keçirib.

Busaat.az xəbər verir ki, bununla bağlı süjet Azərbaycan Dövlət Televiziyasında (AzTV) yayımlanıb.

Bildirilib ki, hazırda Nəzakət xanım xəstəxanadadır, danışa bilmir. O, qardaşı Akifi geyimindən tanıyandan sonra infarkt keçirib.

Qeyd edək ki, Nəzakət xanım Xocalı soyqırımı zamanı təkcə qardaşını deyil, anasını və digər yaxın qohumlarını da itirib.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki