Xorvatiyalı model Bakıda bu məşhurla eşq yaşayıb – FOTO

image-1683217828_1683216902_ivvvvbackend

DÇ-2022-də diqqətləri üzərinə çəkən xorvat model İvana Knollun Bakıya gəlişi dünya mediasının da gündəmində olub.

Busaat.az “offsideplus.az”a istinadən xəbər verir ki, Böyük Britaniyanın “Daily Star” qəzeti modelin “Formula 1” üzrə Azərbaycan Qran-prisində qonaq kimi iştirakından bəhs edib.

Məlumata görə, model “Formula 1” pilotları ilə tanış olmaq fürsəti də əldə edib. Media onun daha çox “Ferrari”nin pilotu Şarl Leklerlə səmimi fotolar paylaşmasına diqqət çəkib. Modelin pilotun qarşısında dayanıb gülümsəyərək çəkdiyi fotonu paylaşması onlar arasında səmimi münasibətin olduğu barədə iddiaların səsləndirilməsinə səbəb olub.

Qəzet yazır ki, model digər pilotlarla fotolar çəksə də, o daha çox məhz Şarl Leklerlə vaxt keçirib. Həmçinin qeyd edilir ki, monakolu pilot sevgilisi Şarlotta Sinedən ayrılandan sonra hansısa qadınla yanaşı görülməyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90