Yabanı halda bitən 2 tona yaxın çətənə bitkisi məhv edilib

image-etenebackend

Qubadlıda yabanı halda bitən 2 tona yaxın çətənə bitkisi məhv edilib.

Bu barədə Busaat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə “Xaş-xaş 2024” planına uyğun olaraq tədbir keçirilib. Tədbir zamanı Davudlu kəndinin ərazisində, Bazarçay çayının sahilindən yabanı halda bitən 2 tona yaxın 3 895 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki