“Yalçın müəllimin özünəməxsus ifaları var idi, onu başqaları ilə qarışdırmaq olmaz…”- Akif İslamzadə

image-1614080903_akif-islamzabackend

“Yalçın müəllimin dünyasını dəyişməsindən xəbərim yox idi, indi sizdən eşdirirəm”

Bunu  açıqlamasında müğənni Akif İslamazadə deyib. O, sənət yoldaşının vəfatından kədərləndiyini bildirib:

“Yalçın müəllimin dünyasını dəyişməsindən xəbərim yox idi, indi sizdən eşdirirəm. Allah rəhmət eləsin. Çox böyük sənətkar idi. Bir insan kimi də ədəb-ərkanlı bir alicənab idi. Yalçın müəllim məndən iki yaş böyük idi, amma elə bilirdim ki, yaş fərqimiz çoxdur. Ümumiyyətlə, sənət adamları ilə elə də dostluğum olmayıb. Ancaq hardasa görəndə hörmətlə salamlaşmışıq. Sənət adamların çox az adamla münasibətlərim olub. Məsələn, onlardan Rafiq Babayevlə dostluğumuz olub. Yalçın müəllimi şəxsən tanımamışam, amma bir sənətçi kimi tanıyırdım. Özünəməxsus ifaları var idi, onu başqaları ilə qarışdırmaq olmaz”.

Qeyd edək ki, Xalq artisti Yalçın Rzazadə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.moderator

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90