Səyyad Əlizadə SON MƏNZİLƏ yola salındı – Vidaya tək bu müğənni gəldi

image-seyyadbackend

Müğənni Səyyad Əlizadənin nəşi dəfn olunmaq üçün 1 saylı Kliniki Tibbi Mərkəzin morqundan doğulduğu Füzuli rayonunun Babı kəndinə yola salınıb.

Busaat.az  lent.az-a istinadən xəbər verir ki, 63 yaşlı ifaçının vida mərasiminə qohumları və ailə üzvləri gəlib. Sənət dostlarından isə yalnız Əməkdar artist Yusif Mustafayev vida mərasiminə qatılıb.

Qeyd edək ki, koronavirusa yoluxduğu üçün Mərkəzi Gömrük Hospitalına yerləşdirilən S.Əlizadə ötən gecə dünyasını dəyişib. Süni tənəffüs aparatına qoşulan sənətçinin ağciyərinin 80 faizinin buzlaşdığı bildirilirdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki