Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.85 $▲1.21%
  • WTI neft86.02 $▲1.19%
  • Avropa qazı (TTF)84.38 €▲0.40%
  • Təbii qaz (ABŞ)3.119 $▲1.04%
  • Qızıl3 862 $▼0.40%
  • Gümüş47.44 $▼0.11%
  • Pambıq81.04 ¢▼0.38%
  • Buğda609.00 ¢▲1.58%
  • Bitcoin64 653 $▼0.25%
  • Ethereum1 813 $▼0.30%
  • S&P 5007 417▼1.91%
12°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Gündəm

Yanvarın 1-dən bu şəxslərin pensiyaları artımla veriləcək

image-pensiya
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
“Yanvarın 1-dən artıq əlilliklə bağlı pensiyaların artımı icra olunacaq. Ümumiyyətlə isə 2 200-dən artıq vətən müharibəsi qazisinə pensiya təyin edilib və bu iş davam etdirilir”.
Busaat.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev paytaxtda keçirilən Zəfər avtoyürüşü zamanı jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, müharibə əlillərinin və şəhid ailələrinin müdafiəsi hər zaman dövlətin sosial siyasətinin mərkəzində olub.
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq bu kateqoriyaya aid olan vətəndaşlarımıza çoxsaylı sosial xidmətlər göstərilir. Təkcə bu il 33 min vətəndaşımız sosial xidmətlərdən yararlanıb. Bu Zəfər yürüşü də məhz Vətən müharibəsi əlillərinə verilən avtomobillərlə keçirildi. Bu il 150 avtomobil bu kateqoriyaya aid olan vətəndaşlarımıza təqdim edilib və proqram gələn il də davam etdiriləcək”,- deyə o bildirib.
H.Abdullayev həmçinin qeyd edib ki, vətəndaşlara göstərilən sosial xidmətlərin bir sahəsi də onların mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Bu il 3 min qazi və şəhid ailəsi fərdi ev və mənzillərlə təmin olunacaq.
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=64130