YAP Yevlax rayon təşkilatının rəhbərliyi Şəhid ailələrini ziyarət edib

image-yap-yevlax-rayon-teskilati3backend
Yevlax rayon Aran qəsəbəsində  İkinci Qarabağ müharibəsi Şəhidi Quliyev Tural Mustafa oğlunun ailə üzvləri ziyarət edilib.
Şəhidin əziz xatirəsinə dərin ehtiram hissi ifadə olunub, ailənin qayğıları ilə maraqlanılıb.
Daha sonra Təşkilatın əməkdaşları rayonun Nemətabad kəndində İkinci  Qarabağ müharibəsi Şəhidi Adgözəlov Faiq Mehti oğlunun doğum günü münasibətilə keçirilən mərasimdə iştirak ediblər. Şəhidin ailəsinə dərin hüznlə başsağlığı verilmiş, Şəhizin əziz ruhuna dualar oxunmuşdur.
Şəhid ailələri ilə görüşlər çərçivəsində qəhrəman Azərbaycan oğullarının 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali BaŞ Komandan cənab İlham Əliyevin peşəkar rəhbərliyi altında göstərdikləri şücaətlərdən geniş söhbət açılıb. Vurğulanıb ki, Azərbaycanın igidləri Vətən müharibəsində düşmənləri döyüş meydanında məhv edərərk, 30 illik işğal faktına son qoydular. Bu parlaq Qələbə Şanlı tarixmizdir. Azərbaycan xalqı və dövləti var olduqca qəhrəmanlarımızın da əziz xatirəsi daim yad olunacaq, qəlbimizdə əziz tutulacaqdır.
Şəhid ailəsinin nümayəndələri onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq hissini ifadə ediblər.image-yap-yevlax-rayon-teskilati-2image-yap-yevlax-rayon-teskilati-1

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90