Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft96.59 $▼1.70%
  • WTI neft89.76 $▼1.48%
  • Avropa qazı (TTF)87.28 €▲1.97%
  • Təbii qaz (ABŞ)3.015 $▼0.26%
  • Qızıl4 099 $▼0.69%
  • Gümüş52.30 $▼1.46%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda587.75 ¢▼0.63%
  • Bitcoin74 090 $▼0.85%
  • Ethereum2 107 $▼0.85%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Yaponiya Çini İTTİHAM ETDİ

image-26
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yaponiya hökuməti Çini Şərqi Çin dənizindəki ucqar Amami adaları yaxınlığındakı eksklüziv iqtisadi zonasında (EEZ) qeyri-qanuni tədqiqat fəaliyyəti aparmaqda ittiham edərək ona etiraz edib.

Busaat.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Baş Katibi Yoşimasa Hayaşi növbəti mətbuat konfransında jurnalistlərə bildirib.

“Diplomatik kanallar vasitəsilə Çin hökumətinə hədsiz təəssüf və kəskin etiraz bildirildi və onlardan qanunsuz tədqiqat fəaliyyətlərini dərhal dayandırmaları tələb olundu”,-deyə o, qeyd edib.

Hayaşinin sözlərinə görə, Yaponiya Sahil Mühafizəsi sentyabrın 28-i və 30-da Amami adaları yaxınlığında Çin okeanoqrafik gəmisinin boruya bənzəyən bir şeyin su altında qaldığını müşahidə edib. Yapon patrul gəmiləri Çin gəmisinin EEZ-dən çıxmasını tələb etmək üçün səsgücləndiricilərdən istifadə edib.

Yeganə

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=173430