“Yaraqlılar tamamilə məhv edilənə qədər terrorla mübarizə davam etdirilməlidir” – Tokayev

image-tokayevbackend

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə terrorla mübarizə qərargahının iclası keçirilib.

Busaat.az  “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, Tokayev iclasda antiterror əməliyyatı barədə danışıb.

“Əməliyyat artıq başlayıb. Hüquq-mühafizə orqanları ciddi işləyir. Ölkənin bütün bölgələrində konstitusiya quruluşu, əsasən, bərpa olunub. Yerli hakimiyyət orqanları vəziyyətə nəzarət edir. Lakin terrorçular silahdan istifadə etməkdə və əmlaka ziyan vurmaqda davam edirlər. Buna görə də terrorla mübarizə tədbirləri yaraqlılar tamamilə məhv edilənə qədər davam etdirilməlidir”, – Prezident bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90