Yaxınlaşan Mətbuat Günü və “Jurnalistlər binası” MÜƏMMASI: Qəzetçilərlə hakimiyyəti üz-üzə qoyanlar kimlərdir?

image-jurnalistler-binasibackend

İyulun 22-si Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Başlanğıcını “Əkinçi” qəzetinin fəaliyyətə başlamasından alan Azərbaycan mətbuat tarixi çox çətin sınaqlardan keçərək müasir dövrə gəlib çıxmış, ölkənin ən kritik siyasi zamanlarında xalqın səsi olmuşdur. Əlbəttə, burada Azərbaycanda söz azadlığının təmin edilməsinin böyük önəmi olmuşdur. Bu gün Azərbaycan media nümayəndələri kompüterin qarısına keçərkən yazacağı şeyin onun başına nə gətirəcəyini düşünmürsə, bu, media azadlığının olduğunun göstərcisidir. Lakin zaman-zaman bu azadlığı boğmağa çalışanlar da olmuşdur ki, onların da əsas məqsədi Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq, Azərbaycan hakimiyyətinin nüfuzuna xələl gətirmək olub və bu hələ də davam edir. “Davam edir” burada iki formada anlaşılmalıdır: Beynəlxalq və yerli müstəvidə. Beynəlxalq mənada yuxarıda qeyd etdiklərimizin davamı kimi başa düşülə bilər, yerli mənada isə bu, jurnalistlərlə Azərbaycan hakimiyyətini qarşı-qarşıya gətirmə cəhdindən başqa bir şey deyil. Bu cəhd son zamanlarda daha təhlükəli xarakter almışdır.

Sirr deyil ki, bu gün Azərbaycan jurnalistləri arasında aylıq gəliri az olan, sosial təminatı olmayan qələm adamları çoxdur. Dövlət başbilənləri bu vəziyyətdən xəbərdar olduqları üçün Azərbaycan jurnalistlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün müəyyən addımlar atmışdırlar. Azərbaycan mətbuat işçilərinin həyat şraitinin yaxşılaşdırlması önündə görülən tədbirlərin nəticəsi olaraq jurnalistlər üçün binaların tikilərək istifadəyə verilməsi dövlətin qayğısının bariz göstəricisidir. Jurnalistlər üçün tikilmiş ikinci binanın açılışında Prezident İlham Əliyev çıxış edərək: “Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür. Bu təşəbbüs bir neçə il bundan əvvəl irəli sürülmüşdü, jurnalistlər belə məsələ qaldırmışdılar, mən də buna müsbət reaksiya verdim və nəticə etibarilə artıq biz burada ikinci binanın açılışını qeyd edirik”, – deyə bildirmiş və “Artıq bu gözəl yer “Jurnalistlər şəhərciyi”dir, burada üçüncü bina da tikiləcək”, – vurğulamışdı. Prezidentin də dediyi kimi, jurnalistlər üçün üçüncü bina da hazır vəziyyətə gətirilib, lakin onun jurnalsitlərə verilməsi nədənsə gecikdirilir.

Burada xatırlatma da yerinə düşər ki, digər binalaırn paylanmasında yol verilən qüsurlar, qanunsuzluqlar Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun ləğvi, sədrinin həbsi ilə nəticələnmişdi. Bu hadisdən sonra jurnalistlər üçüncü binanın hüquqsuzluqla paylanmayacağına ümid etsələr də, bu ümidləri ürəklərində qadı. Çünki hüquqsuzluq bir yana, binanın məqsədli şəkildə jurnlalistlərə verilməməsi kampaniyası başladıldı. 2021-ci ilin 24 iyulunda “bir qrup media rəhbəri və ictimaiyyət nümayəndəsi”nin prezident İlham Əliyevə müraciət ünvanlayaraq üçüncü binanın şəhid ailələrinə verilməsi təklifilə çıxış etməsi təxribatın pik həddi oldu. Azərbaycan mətbuat nümayəndələrinin çətin yaşayış vəziyyətini çox gözəl bilən 38 nəfər insafsızca bu müraciətə imza ataraq dövlət başçısına qarşı əməli fəaliyyətlərini sübut etdilər. Prezidentin üçüncü binanın jurnalistlərə veriləcəyi ilə bağlı sözlərini unutdurmağa çalışan bu şəxslərə cavab isə mətbuat nümayəndələri tərəfindən ölkə başçısına növbəti müraciətlə verildi və təxribat yerindəcə susduruldu. Binanın statusunun dəyişdirilməsilə bağlı müəmma davam edərkən bu məsələnin yenidən aktuallaşması və qarşıdan gələn Milli Mətbuat Günü ev arzusunda olan əməkçi jurnalistləri ümidləndirib. Bugünlərdə Azərbaycan jurnalistləri 22 iyulda ev sahibi olacaqlarına, binanın ədalətli şəkildə ehtiyacı olan mətbuat nümayəndələrinə veriləcəyinə əmindirlər. Bu əminlik ölkə başçısı İlham Əliyevə olan güvəndən qaynaqlanır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki