Yəməndə yarım milyon uşağın həyatı qida çatışmazlığı səbəbindən təhlükə altındadır

image-1003998_1fxfe4fp0dbackend

İllərdir vətəndaş müharibəsinin davam etdiyi Yəməndə 5 yaşdan kiçik 2 milyon 200 min uşağın qida çatışmazlığı səbəbindən müalicəyə ehtiyacı olduğunu və onlardan yarım milyonunun təhlükə altında olduğunu bildirilib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı UNİCEF-in Yəmən nümayəndəsi Peter Hawkins yayıb.

Təxminən 8 ildir ki, İranın dəstəklədiyi husilərlə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın dəstəklədiyi hökumət qüvvələri arasında şiddətli toqquşmalara səhnə olan Yəməndə yoxsulluğun artması ilə birlikdə aclıq və qida çatışmazlığı günü-gündən dərinləşir. Vətəndaş müharibəsi, aclıq və səfalətdən əziyyət çəkən ölkədə uşaqlar yavaş-yavaş valideynlərinin gözü qarşısında ölürlər.

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, ölkədə qida çatışmazlığı ilə bağlı məlumatlar həyəcan verici səviyyədədir. Xüsusilə Taiz, Həcc və Hudeydedə vəziyyət daha kritik həddədir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Yəmən Ofisi ötən ay verdiyi açıqlamada kəskin qida çatışmazlığının 5 yaşından kiçik uşaqların həyatını təhdid etdiyini və təcili müdaxiləyə ehtiyac olduğunu vurğulayıb.

Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun (UNICEF) Yəmən nümayəndəsi Peter Hawkins Anadolu agentliyinin müxbirinə verdiyi açıqlamada, Yəməndə qida çatışmazlığı ilə bağlı son məlumatları paylaşıb.

“Yəməndə 5 yaşından kiçik 2,2 milyon uşaq, yəni hər 5 uşaqdan 2-si qida çatışmazlığı səbəbindən müalicəyə ehtiyac duyur. Onların yarım milyonu kəskin qidalanma riski altındadır” – deyə, Peter Hawkins bildirib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90