Yeni hökumət təsdiqləndi

image-sened554backend

Gürcüstan parlamenti ölkənin baş naziri postuna namizəd kimi İrakli Kobaxidzeyə etimad göstərib. Etimadın lehinə 84, əleyhinə 10 deputat səs verib.

Busaat.az xəbər verir ki, Kobaxidze müvafiq fərmanı Gürcüstan prezidenti Salome Zurabişvili imzaladıqdan sonra rəsmi fəaliyyətə başlayacaq.

Baş nazirlə birgə onun kabinetinin tərkibi də müəyyənləşib. İliya Darçiaşivli Gürcüstanın xarici işlər naziri, Laşa Xutişvili maliyyə naziri, Rati Breqadze ədliyyə naziri, Vaxtanq Qomelauri daxili işlər naziri postuna yiyələniblər.(oxu.az)

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki