Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft95.23 $▲4.32%
  • WTI neft88.31 $▲3.57%
  • Avropa qazı (TTF)93.71 €▲7.44%
  • Təbii qaz (ABŞ)3.343 $▲2.29%
  • Qızıl3 877 $▼2.60%
  • Gümüş49.94 $▼2.90%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda592.00 ¢▼1.58%
  • Bitcoin71 853 $▼2.81%
  • Ethereum2 016 $▼1.87%
  • S&P 5007 626▲0.10%
12°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Cəmiyyət

Yol polisi sürücünü təhqir edib? - DİN-dən AÇIQLAMA -VİDEO

image-1659455795_3d
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Neftçala rayon sakini Nail Əsədov Salyan Rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığını iddia edib. O sosial şəbəkədə yayımladığı videoda bildirib ki, idarə etdiyi “VAZ” markalı avtomobil polis əməkdaşları tərəfindən qanunsuz olaraq cərimə meydançasına yerləşdirilib, özü isə təhqirə məruz qalıb.

İddialarla bağlı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Unikal.org-ın sorğusuna cavab olaraq bildirib ki, Neftçala rayon sakini Nail Əsədovun videogörüntülərdə Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən əsassız yerə cərimə olunması, eləcə də polis əməkdaşları tərəfindən təhqirə və zorakılığa məruz qalması ilə bağlı səsləndirdiyi iddialar həqiqəti əks etdirmir və böhtan xarakterlidir:

“Bildirmək istəyirəm ki, N.Əsədov barəsində nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən protokol tərtib olunub və o, inzibati qaydada məsuliyyətə cəlb olunub.

Saxlanılan zaman sürücüyə qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təhqiramiz ifadələr səsləndirilməyib, zorakılıq hərəkətləri tətbiq edilməyib”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=82819