Məzmuna keç
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 860 $▼1.62%
  • Ethereum1 634 $▲0.91%
  • S&P 5006 910▼3.72%
16°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
Gündəm

"Yoluxmaların artacağını demək vəzifə borcumuzdur" - TƏBİB rəsmisi

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Qarşıdan gələn günlərdə vətəndaşlardan xahiş edirik ki, qaydalara riayət etsinlər ki, tədricən yenə yumşalmalara gedək və normal həyatımıza qayıdaq”.

Busaat.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bugünkü brifinqdə deyib.

O bildirib ki, son günlər COVİD-19 virusundan sağalanların sayının artması və vəfat edənlərin sayının azalması həkimlərin əməyinin nəticəsidir:

“Bizi bəzən qınayırlar ki, insanları qorxuduruq. Amma biz dünyada baş verən prosesləri izləyirik və görürük ölkələrdə yoluxma azalsa da, payız, qış aylarına hazırlıq görürlər. Bu aylarda yoluxmanın artacağı ehtimal olunur. Biz də vəzifə borcumuzu yerinə yetirərək bu məlumatı sizə veririk. Vətəndaşlar yumşalmalardan sonra daha ciddi qorunmalı, qaydalara əməl etməlidirlər. Qarşıdan gələn günlərdə vətəndaşlardan xahiş edirik ki, qaydalara riayət edin ki, tədricən yenə yumşalmalara gedək və normal həyatımıza qayıdaq. Əks halda yoluxmaların sayı artacaq. Ümid edirəm ki, gələcək günlərdə sizə daha pozitiv xəbərlər verəcəyik”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=14796