Yüksək vəzifəyə təyin edilən İlkin İsmayılov KİMDİR?

image-1675350344_bu-1-1backend

Xəbər verdiyimiz kimi, Tibb üzrə fəlsəfə doktoru İlkin İsmayılov Gəncə şəhər Birləşmiş Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub.

Busaat.az xəbər verir ki, ixtisasca ümumi cərrah olan İlkin İsmayılov , 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. İlkin İsmayılov 2009-cu ildə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında, 2009-2016-cı illərdə isə Qazi Universitetinin Ümumi Cərrahiyyə kafedrasında fəaliyyət göstərib.

Bu təyinatadək, 25 sentyabr 2021 ci ildən Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının baş həkimi vəzifəsində işləyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90