Yunanıstan: Türkiyənin uzatdığı dostluq əlini sıxmamaq böyük səhv olar

image-turkiye-yunanistanbackend

Yunanıstanın xarici işlər naziri Nikos Dendias SKAI TV-yə Türkiyə-Yunanıstan münasibətləri ilə bağlı qiymətləndirmələr edib.

Busaat.az xəbər verir ki, Nikos Dendias Yunanıstanın Türkiyənin hazırda uzatdığı dostluq əlini uzatmamasının böyük “səhv” olacağını bildirib. Dendias bunun uğurlu olma şansının aşağı olduğunu, lakin cəhd etməyin “milli bir öhdəlik” olduğunu qeyd edib.

“Biz optimist olmalıyıq, lakin eyni zamanda ehtiyatlı olmalı və sadəlövh olmamalıyıq”, – Dendias qeyd edib.

Türkiyənin geosiyasi maraqlarını “daha aydın gözlə” görməsinin qəti olmasa da mümkün olduğunu bildirən Dendias bildirib: “Türkiyədə keçiriləcək seçkilərdən sonra hər şey aydınlaşacaq. Yunanıstan qətiyyətli xarici siyasət mövqeyindən kənara çıxmayıb. Necə ki, ön şərt olaraq təhdid istəmirik və beynəlxalq hüquq əsasında hərəkət etmək istəyirik”.

“Biz optimist olmalıyıq, amma eyni zamanda ehtiyatlı olmalı və sadəlövh olmamalıyıq, eyni şey Türkiyə üçün də belədir və Türkiyənin sadəlövh olmadığı və uzunmüddətli maraqlarını gözardı etmədiyi aydındır”, – Dendias deyib.

Yunan diplomat əlavə edib: “Yunanıstan üçün Türkiyənin hazırda uzatdığı dostluq əlini uzatmamaq böyük səhv olardı. Uğur şansı azdır, lakin cəhd etmək bizim milli borcumuzdur və bunu etməmək cinayət olardı”.

Türkiyə-Yunanıstan münasibətlərinin normallaşması üçün heç bir xarici təzyiqin olmadığını dilə gətirən Dendias, Kahramanmaraşda baş verən dağıdıcı zəlzələlərdən sonra iki ölkə arasında hər şeyin dəyişdiyini bildirib.

“Həyatımda Antakyadakından pis bir şey görmədim. Faciəli səfərdən sonra həqiqət budur ki, hər şey dəyişdi, Türkiyə artıq Ege dənizində pozuntulara əl atmır, Egedə uçuş fəaliyyəti yoxdur. Bu qərar Ankaradan gəlir. Yunanıstanın bu davranışı anladığını və dürüst müzakirəyə hazır olduğunu göstərmək öhdəliyi var”, – o qeyd edib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə dostluğuna toxunan Dendias sözlərini belə tamamlayıb: “Çavuşoğlu mənim dostumdur. Mən onu 17 ildir tanıyıram. Çətin anda məni tənqid edər, amma sonda, “Dendias mənimdir”, – deyərdi. Mən həmişə onun cib telefonuna zəng edə bilmişəm”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90