Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft96.83 $▲3.46%
  • WTI neft89.41 $▲3.17%
  • Avropa qazı (TTF)89.35 €▲5.08%
  • Təbii qaz (ABŞ)2.925 $▼0.24%
  • Qızıl4 130 $▼0.48%
  • Gümüş52.59 $▼0.95%
  • Pambıq78.77 ¢▲0.88%
  • Buğda602.00 ¢▲0.38%
  • Bitcoin79 482 $▼1.18%
  • Ethereum2 384 $▼1.56%
  • S&P 5007 689▲1.59%
16°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Siyasət

Zakir Həsənov NATO nümayəndəsi ilə görüşdü - Foto

image-mycollages_-_2021-10-12t153327-332
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Oktyabrın 12-də müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO Müttəfiq Qüvvələrinin Əməliyyat Komandanlığının Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turanla görüşüb.

Busaat.az xəbər verir ki, müdafiə naziri qonağı salamlayaraq Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilən ərazilərdə görülən işlər, həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədində hazırkı vəziyyətlə bağlı onlara ətraflı məlumat verib.

General-polkovnik Z.Həsənov NATO ilə əməkdaşlığın cari vəziyyətindən və bu sahədə əldə edilmiş müsbət nəticələrdən məmnunluğunu bildirərək qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Kontr-admiral B.Turan Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib, mövcud hərbi əməkdaşlığın daha da genişləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Görüşdə NATO ilə tərəfdaşlıq çərçivəsində keçirilən birgə tədbirlərə dair fikir mübadiləsi aparılıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=59844