Zakir Həsənov: “Türkiyə Silahlı Qüvvələri ilə sıx əməkdaşlığımız var”

image-zakirbackend

“Türkiyənin İstanbul şəhərində keçirilən “SAHA EXPO 2022″ müdafiə, aerokosmik və kosmik sənaye sərgisi yüksək səviyyədə təşkil edilib. Bizim Türkiyə Silahlı Qüvvələri ilə sıx əməkdaşlığımız var”.

Busaat.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, son illərdə Türkiyənin silah istehsalında çox böyük irəliləyiş var:

“Prezidentin tapşırığına uyğun olaraq, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində böyük işlər görürük”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90