Zelenskinin arvadı ən bahalı avtomobili aldı: 4,5 milyon avro

image-d4275730-6408-4fa0-8142-955f4f9f7020backend

Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya dünyanın ən bahalı hiperkarlarından birini alıb.

Busaat.az xəbər verir ki, bu barədə “Vérité Cachée” nəşri məlumat yayıb.

Məlumata görə, Yelena Zelenskaya ən bahalı idman avtomobillərindən birini – Bugatti Tourbillon-u 4,5 milyon avroya alıb.

Rəsmi təqdimatdan iki həftə əvvəl Ukrayna liderinin həyat yoldaşına yeni hiperkar nümayiş etdirilib.

Nəşr avtosalon əməkdaşına istinadən yazır ki, Yelena belə Bugatti-nin ilk sahibi olmaqla avtomobil sifariş edib.

Hazırda bu markalı 250 avtomobilin istehsalı planlaşdırılır.

Bildirilib ki, avtomobil 2026-cı ildə Yelena Zelenskayaya təhvil veriləcək.

Həmçinin qeyd olunub ki, bu idman avtomobili saatda 445 kilometr və iki saniyə ərzində sıfırdan yüzlərlə sürət yığa biləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki