
"Zelenskinin Putinlə görüşməsini istərdim" - Kallas
Avropa İttifaqının (Aİ) diplomatiya üzrə rəhbəri Kaya Kallas bildirib ki, Aİ Rusiya prezidenti Vladimir Putin və Kiyev rejiminin lideri Volodimir Zelenski arasında görüş keçirmək istəyir.
Busaat.az xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Rusiya lideri ilə ABŞ prezidenti Donald Tramp arasında Budapeştdə keçiriləcək görüşün nəticələrini gözləməyin vacibliyini də vurğulayıb.
“Mən Zelenskinin Putinlə görüşməsini istərdim, çünki onlar bu barədə razılığa gəlməlidirlər. Düşünürəm ki, bu vacibdir, çünki onlar gələcək fəaliyyətləri müzakirə edə bilərlər”, – Kallas qeyd edib.
Yeganə























