Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft94.35 $▼0.97%
  • WTI neft87.46 $▼1.00%
  • Avropa qazı (TTF)86.07 €▼5.37%
  • Təbii qaz (ABŞ)3.163 $▲0.16%
  • Qızıl3 873 $▲0.08%
  • Gümüş47.60 $▲0.59%
  • Pambıq81.51 ¢▲3.24%
  • Buğda590.25 ¢▲0.60%
  • Bitcoin64 140 $▼1.80%
  • Ethereum1 799 $▼1.93%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Gündəm

Zəngilan Rayon Mərkəzi Xəstəxanasının təməli qoyuldu

image-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Prezidenti İlham Əliyev mayın 4-də Zəngilan Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak edib.

Busaat.az xəbər verir ki, dövlət başçısına xəstəxana binasının layihəsi barədə məlumat verildi.

Bildirildi ki, Baş plana əsasən, yeni xəstəxananın ümumi ərazisi 4,5 hektardır. 91 çarpayılıq xəstəxananın ərazisində yoluxucu xəstəliklər şöbəsi və bir sıra texniki təyinatlı binalar olacaq. Ən müasir tibbi avadanlıqla təchiz ediləcək xəstəxanada müayinə və müalicə işinin aparılması üçün hər cür şərait yaradılacaq.

Beləliklə, doğma yurdlarına qayıdacaq rayon sakinləri bu səhiyyə ocağının istifadəyə verilməsi ilə hərtərəfli tibbi xidmətlə əhatə olunacaqlar.

Prezident İlham Əliyev Zəngilan Rayon Mərkəzi Xəstəxanasının təməlini qoydu.

Qeyd edək ki, əhalinin sağlamlığının qorunması və vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsi dövlətimizin başçısının daim diqqəti mərkəzindədir. Bu baxımdan işğaldan azad edilən ərazilərdə də tibbi xidmətin səmərəli təşkili və həyata keçirilməsi üçün genişmiqyaslı işlər görülür.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=108810