“Hər birimizə məlumdur ki, Cəbrayıl rayonu Azərbaycanın İran İslam Respublikası ilə sərhəd rayonudur. 1993-cü il avqustun 23 də Cəbrayıl rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki, 72 ümumtəhsil məktəb, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. Onuda nəzərinizə çatdırmaq istəyitəm ki, Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. Altı nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 5 yanvar 1994- cü il tarixdə Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdir. Cocuq Mərcanlıya qayıdış Böyük qayıdışın başlanğıcı idi. 2016 cı il aprel ayında döyüşlər zamanı Azərbaycan ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyində düşmən işğalından azad edildi.
27 ildən sonra Cəbrayıl rayonu işğaldan azad edildi. Hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 90 kənd işğaldan qurtuldu. Cəbrayılın azad edilməsində Azərbaycan Respublikası silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu orden medallarla təltif olundu.
Onuda qeyd etmək yerinə düşərdi ki, Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsü düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə üç rəngli bayrağımızı ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır. Cəbrayıl rayonun alınmasının əhəmiyyəti ondan ibarət idiki, o rayondan sonra Xocavənd, Hadrut qəsəbəsi, üstəlik zəngilan qubadı və Laçın rayonunun cənub hissəsi işğalçıdan azad edildi. Buda onunla başa çatdı ki, Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçdi. Hal-hazırda bütün alınmış torpaqlarımızda bərpa quruculuq işləri gedir. “Araz Vadisi İqtisadi Zonası” nın yaradılması bütün regionun o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Sözü gedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq Cəbrayıl rayonunda elektrik təchizatı var. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi önəmli hadisələrdəndir. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və burdan Zəngəzur dəhlizindən istifadə edəcəklər. Rayon işğaldan azad olunandan sonra ölkə rəhbərimiz Cəbrayıl rayonun bir çox səfərlər etmişdir. 16.11.2020 ci ildə Xudafərin körpüsündə və Cəbrayıl şəhərində dövlət bayrağımızın ucaldılması,
14.02.2021 ci il tarixdə Soltanlı kəndinij işğaldan azad olunması ilə bağlı görülən işlər,
26.04.2021 Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı, hərbi qulluqçular ilə görüş,
04.05.2021 “ Kamaz” ASC ilə “Gəncə Avtomibil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimi,
Cəbrayılın yarımstansiya açılışına və.s
Azərbaycan Respublikasının prezidenti və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın birə iştirakı ilə Horadiz-Ağbənd dəmiryolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməl qoyma hadisəsi ilin ən əhəmiyyət kəsb edən məsələlərindən oldu”.
Nəsimi rayon İctimai Şuranın sədr müavini Hacıyeva Gülnarə