“27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatdan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun , milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir. 27 sentyabr uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişdi. Bizi layiq olduğumuz qələbəni qazanmağa yaxınlaşdırdı.
Azərbaycan noyabrın 9-dək 3 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd , Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi , Tərtər rayonunun 3 kəndi, Xocalı rayonunum 9 kəndi, və rayonun 41 kəndi , Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.Noyabrın 10-da imzalanmış bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azəbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 23 faizi ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsinin işğalına son qoyuldu.
Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Nəhayət, 2022 -ci ilin avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da, üçtərəfli bəyanata uyğun olaraq, Ağdam , Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması yekunlaşdı. Azərbaycan öz coğrafiyası üçün xain əməllərin cızdığı bütün məkrli planları beləcə alt-üst etdi. Torpaqlarına sahib çıxdı. Dağlıq Qarabağ söz birləşməsini leksikondan çıxaran cəsarət ortaya qoydu. Qarabağ və Şərqi Zəngəzur inzibati ərazi vahidi anlayışını rəsmən zehinlərə gətirdi. Təəssüf ki, bütün bunlar sülh masasında yox, müharibə meydanında həll edildi. Müharibə hər iki tərəf üçün ağır itkilər, ölüm, humanitar fəlakət deməkdir.Amma rəsmi İrəvan Lələtəpə və Tovuz döyüşlərindən nəticə çıxarmalıykən-hansı ki, Azərbaycan bu döyüş zamanı işğalla barışmayacağını kəskinliklə nümayiş etdirmişdi.Ermənistanın davranışı nə olursa-olsun , şəhidlərin qanı ilə qazandığı Böyük Zəfərini qoruyub saxlamaq üçün Azərbaycanın mükəmməl planı həmişə var. Azərbaycanın bu gün qalib dövlət kimi yaşayır, bundan sonra da müzəffər xalq və Qalib dövlət kimi ədəbi yaşayacaq.
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!”
Səbinə Mirzəyeva- Bakı Qızlar Universiteti-F1-21