3 ölkənin nazirləri niyə görüşür? – Səfir detalları açdı

3 ölkənin nazirləri niyə görüşür? – Səfir detalları açdıbackend

13 yanvarda keçirilməsi planlaşdırılan Azərbaycan-Türkiyə-Pakistan Xarici İşlər nazirləri görüşündə 3 ölkənin aralarındakı münasibətlərin inkişafı, üzləşdikləri xarici siyasət və bir-birlərinə verdikləri dəstəyə dair fikir mübadiləsi aparılacaq.

Busaat.az xəbər verir ki, bunu Türkiyənin Pakistandakı səfiri İhsan Mustafa Yurdakul deyib.

Türkiye-Azerbaycan-Pakistan Üçlü Dışişleri Bakanları Toplantısı’nda bölgesel konular ele alınacak

Onun sözlərinə görə, Pakistan ötən il Dağlıq Qarabağla bağlı hadisələrdə Azərbaycanın yanında mövqe tutduğunu və işğalın başa çatması prosesində Azərbaycana əhəmiyyətli dəstək verdiyini xatırladıb: “Öz ölkəm adına Pakistana bu mövqeyi üçün təşəkkür edirəm. Bu formatda ilk iclas 2017-ci ildə Bakıda olmuşdu. İkinci toplantının gec keçirilməsinin xüsusi səbəbi yoxdur. Çünki hər 3 ölkənin nazirlərinin iş rejimi olduqca gərgindir. Buna başqa məna yükləməyə ehtiyac yoxdur”.

Qeyd edək ki, görüş İslamabadda baş tutacaq.

Publika.az

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki