Bir çox şey Gürcüstanda hökumət çevrilişinə hazırlıqların davam etdiyini göstərir.
Bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
“Bir çox şey göstərir ki, oktaybrın 27-nə və qeyri-konstitusion hökumət dəyişikliyinə hazırlıqlar davam edir. Bunu çevriliş və ya başqa bir şey adlandıra bilərsiniz. Bu, 2020-ci ildəki cəhdin təkrarıdır”, – Papuaşvili deyib.
Spiker, həmçinin, müxalifətin seçki kampaniyasının ölkə xaricindən idarə olunduğunu əlavə edib.
Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri baş tutacaq.