“Mənim gecə klublarında adamlarım yoxdur” – Qurban Qurbanov

image-resize-2jpg-1729681409backend

Mənim gecə klublarında adamlarım yoxdur. Ətrafım oraya getmir (gülür).

Bakıvaxtı.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Ağdam təmsilçisinin sabiq futbolçusu Raydel Puponun açıqlamasına münasibət bildirərkən deyib.

“Klubda ən məsuliyyətli şəxs mənəm. Futbolçuların daim formada olmasını istəyirəm. Biz tələbkar olmalıyıq. Elə etməliyik ki, oyunçu da inciməsin. Mənim gecə klublarında adamlarım yoxdur. Ətrafım oraya getmir (gülür). Pupon maraqlı insan idi. Bəzən çəkisi yuxarı olurdu. Hərdən futbolçuların şikayətini də eşidirik. Amma müəyyən müddət keçəndən sonra başa düşürlər ki, tələb etdiklərimiz sağlamlıqları və sabit olmaları üçün faydalıdır. İstənilən futbolçunu yoldan çıxarmaq asandır. Tələblər olmasa, uğurlu nəticə də olmayacaq”, – deyə mütəxəssis söyləyib.

Qeyd edək ki, R.Pupon ölkəsinin mətbuatına açıqlamasında Qurban Qurbanovun hər şeyə əhəmiyyət verdiyini deyib:

“Polis kimi məni nəzarətdə saxlayırdı. Mənə deyirdilər ki, onun hər gecə klubunda adamı var. Bəlkə də indi – 9 il sonra bir az dəyişib. İnsanlar dəyişə də bilər. Amma mən ona uyğun gəlmirdim”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki