Müğənni Doğuş həyat yoldaşı, Xoşqədəm Hidayətqızı ilə efirdə mübahisə edib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə sənətçinin xanımının aparıcısı olduğu “Səni axtarıram” ictimai – sosial verilişində yaşanıb.
Belə ki, verilişdə mövzu ilə bağlı fikrini bildirməyə çalışan Doğuşa Xoşqədəm “Qısa danış” söyləyib.
Hidayətqızının bu sözü Doğuşun xoşuna gəlməyib.
Müğənni əsəbi halda “Mən sənin ekspertin deyiləm. Vaxtın yoxdur çağırma” söyləyərək studiyanı tərk edib.
Onun bu addımı isə Xoşqədəmə məəttəl qoyub.
Proqramın gedişatında aparıcı “Verilişdə nə qədər problemlər var, hamısı haqda danışmalıyıq. İki saata çatmalıdır mövzular” söyləyərək əri Doğuşu studiyaya qaytarıb.