“Baxırsan ki, ziyalı adama oxşayır, imkanlıdır…”

image-1242131backend

Aparıcı Azər Qərib sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.

Busaat.az bildirir ki, aparıcı ictimai yerlərdə qaydalara əməl etməyənləri – qulaqlıqsız video izləyənləri, avtomobilini yolun ortasında saxlayanları, hamamdan çıxdıqdan sonra dəsmalları lazım olan bölməyə atmayanları qınayıb:

“Baxırsan ki, ziyalı adama oxşayır, imkanlıdır, geyimi filan, amma özündən sonra yaş dəsmalları ümumi oturacağa atıb gedir evdə oturub ədalət tələbli statuslar yazmağa.

Hərçənd düz iki metrdə xüsusi qutular var ki, istifadə etdiyin dəsmalları atasan, insafa gəlsən.

Bir bunları sevmirəm, bir də ictimai yerlərdə telefonda səsli videolara baxanları, simicliklərindən qulaqlarına o “zad”dan almırlar, amma pont elə boğur, qiymətlər kimi.

Davamı da var, yolun ortasında maşını saxlayıb gedənləri də yad etməliyik ki, inciməsinlər. Amma bununla bitmir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki