Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft92.31 $▼6.13%
  • WTI neft86.44 $▼5.33%
  • Avropa qazı (TTF)82.33 €▼3.81%
  • Təbii qaz (ABŞ)3.204 $▲5.99%
  • Qızıl4 146 $▲0.31%
  • Gümüş53.44 $▲0.61%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda587.50 ¢▼0.68%
  • Bitcoin75 183 $▲0.61%
  • Ethereum2 130 $▲0.25%
  • S&P 5007 550▲2.37%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Qəzzada aclıqdan ölənlərin sayı 367-yə çatıb 

image-31
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İsrailin hücumları və blokadası səbəbiylə aclığın yaşandığı Qəzzada son 24 saatda aclıqdan ölənlərin sayı 6 nəfər artaraq 131-i uşaq olmaqla 367-yə çatıb.

Busaat.az xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyi aclıq və qida çatışmazlığından ölənlərlə bağlı son məlumatları verən yazılı açıqlama yayıb.

Açıqlamada son 24 saatda biri uşaq olmaqla, daha 6 fələstinlinin aclıq və qida çatışmazlığından öldüyü bildirilib. Qeyd olunub ki, 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında aclıqdan ölənlərin sayı 367 nəfərə çatıb ki, onlardan 131-i uşaqdır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəklədiyi İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) avqustun 22-də Qəzzada aclıq elan etdikdən sonra 16-sı uşaq olmaqla 89 nəfərin aclıq və qidalanmadan öldüyü də bildirilib.

IPC tərəfindən dərc edilən son hesabatda deyilir ki, sübutlar 15 avqust 2025-ci il tarixinə Qəzza şəhərində aclığın fəlakətli olaraq bilinən 5-ci səviyyədə olduğunu təsdiqləyir.

“22 aylıq amansız qarşıdurmadan sonra Qəzza zolağında yarım milyondan çox insan aclıq, yoxsulluq və ölümlə səciyyələnən fəlakətli şəraitlə üzləşib”, – deyə IPC hesabatında qeyd edilir.

Yeganə

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=171233