“Rəqəmsal Sağlamlıq: Gələcəyə Qayğı” layihəsinin bağlanış mərasimi keçirildi – FOTO

image-cea803da-e14b-4c7e-a650-446e4de1930ebackend

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən, “Gənclərin Töhfəsi” İctimai Birliyi tərəfindən icra olunan “Rəqəmsal Sağlamlıq: Gələcəyə Qayğı” adlı layihənin yekun tədbiri uğurla baş tutdu.

Busaat.az xəbər verir ki, bağlanış mərasimində dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, gənclər, media təmsilçiləri və layihənin fəal iştirakçıları iştirak etdilər. Tədbirin məqsədi layihə çərçivəsində görülmüş işlərin təqdimatı, əldə olunmuş nəticələrin ictimaiyyətə çatdırılması və gələcəkdə bu istiqamətdə görüləcək fəaliyyətlərin müzakirəsi oldu.

İlk olaraq, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev çıxış edərək layihənin ideyası, qarşıya qoyulan məqsədlər və əldə olunan nəticələr barədə danışdı. O, qeyd etdi ki, layihə gənclər arasında rəqəmsal sağlamlıq vərdişlərinin təşviqi, onların texnologiyadan düzgün və faydalı istifadəyə yönləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Daha sonra birliyin sədr müavini Şahin Əliyev söz alaraq layihənin icrası zamanı gənclərin aktiv iştirakından, keçirilən təlimlər və maarifləndirici tədbirlərdən bəhs etdi. O, xüsusilə layihənin gənclərdə sağlam həyat tərzinin təşviqi və rəqəmsal asılılıqlara qarşı mübarizə baxımından müsbət təsir göstərdiyini vurğuladı.

Birliyin idarə heyətinin üzvü Mirsirac Siraclı da çıxışında layihənin sosial faydalarından danışaraq bildirdi ki, bu cür təşəbbüslər gənclərin bilik və bacarıqlarının artırılmasına, onların rəqəmsal dünyada sağlam və təhlükəsiz mövqeyə sahib olmalarına şərait yaradır.

Tədbirin davamında kompüter mühəndisi Altun Hacıməmmədov layihə çərçivəsində hazırlanmış “Healthy Life” adlı mobil tətbiqi təqdim etdi. O, tətbiqin funksionallığı, istifadəsi və gənclərin sağlam həyat tərzini izləməsi üçün təqdim etdiyi imkanlar barədə ətraflı məlumat verdi.

Sonda tədbir iştirakçıları çıxışçılara öz suallarını ünvanladılar, gənclərin rəqəmsal sağlamlığı ilə bağlı maraqlı müzakirələr aparıldı. Tədbir rəsmi hissədən sonra iştirakçıların fikir mübadiləsi və qeyri-formal ünsiyyəti ilə davam etdirildi.

image-media-al5a8933-wiou3n

image-media-al5a8860-xmpok7

image-media-al5a8861-cjxbtq

image-media-al5a8880-gi3osz

image-media-al5a8894-5hru0k

image-media-al5a8922-he9jr4

image-media-al5a8950-e95ka3

image-media-al5a8904-a64i3z

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki