Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft92.41 $▼6.03%
  • WTI neft86.49 $▼5.28%
  • Avropa qazı (TTF)82.33 €▼3.81%
  • Təbii qaz (ABŞ)3.212 $▲6.25%
  • Qızıl4 138 $▲0.12%
  • Gümüş53.33 $▲0.40%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda587.50 ¢▼0.68%
  • Bitcoin74 973 $▼0.38%
  • Ethereum2 123 $▼0.42%
  • S&P 5007 550▲2.37%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Bolqarıstandan İMTİNA: Leyeni daşıyan təyyarədə GPS siqnalının kəsilməsi araşdırmayacaq

image-44
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Sofiya Avropa Komissiyasının sədri Ursula fon der Leyeni daşıyan təyyarədə GPS siqnalının kəsilməsi ilə bağlı araşdırma aparmayacaq”.

Busaat.az xəbər verir ki, bu barədə Bolqarıstanın Baş naziri Rosen Jelyazkov məlumat verib.

“Müdaxilə Helsinkidən, Qara dənizin o tayından, İrəvandan, Tbilisidən, Kiprdən, Suriyadan və Tripoliyə qədər gəlir. Bu, hər gün olur. GPS siqnalında müdaxilə olanda biz instrumental naviqasiyadan istifadə edirik… Təhqiqat aparmağın mənası yoxdur, çünki bu müdaxilələr nə hibrid, nə də kiber təhlükələrdir”, – deyə Jelyazkov bildirib.

Xatırladaq ki, Leyenin təyyarəsi ilə bağlı insident avqustun 31-də baş vermişdi. Məlumata görə, pilotlar Plovdivdə eniş zamanı GPS-in söndürülməsi səbəbindən analoq naviqasiya sistemlərindən istifadə ediblər. Daha sonra Avropa Komissiyasının sözçüsü Anna-Kaisa İtkonen uğursuzluğun Rusiyanın müdaxiləsi səbəbindən baş verə biləcəyini istisna etməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvaya qarşı ittihamları rədd edib. Uçuş izləmə xidməti “Flightradar24” isə bildirib ki, onun məlumatlarına əsasən, təyyarənin naviqasiyası bütün uçuş boyu stabil olub.

Yeganə

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=171136