Belçika Fələstin dövlətini tanıyıb 

image-17backend

Avstraliya, İngiltərə, Kanada və Fransanın oxşar addımlarından sonra İsrailə beynəlxalq təzyiqi artıran xarici işlər naziri Maksim Prevost Belçikanın BMT Baş Assambleyasında Fələstin dövlətini tanıyacağını bildirib.

Busaat.az xəbər verir ki, Prevost sosial media X hesabında qeyd edib ki, Belçika iki dövlətli həll və ya İsraillə yanaşı dinc yaşayan Fələstin dövlətinin yaradılmasına yol açacaq Nyu-York Bəyannaməsini imzalayanlara qoşulacaq.

Prevost əlavə edib ki, bu qərar Fələstində, xüsusilə də Qəzzada baş verən humanitar faciə fonunda və İsrailin beynəlxalq hüquq normalarını pozaraq törətdiyi zorakılığa cavab olaraq qəbul edilib. Prevost bildirib ki, Belçika Fransa və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi birgə diplomatik təşəbbüsün bir hissəsi kimi Fələstin dövlətini tanımaq niyyətindədir.

Onun sözlərinə görə, Belçika, həmçinin İsrailə qarşı yaşayış məntəqələrindən məhsulların idxalına qadağa, İsrail şirkətlərinin dövlət satınalma siyasətlərinin nəzərdən keçirilməsi və HƏMAS liderlərinin Belçikada personae non-qrata elan edilməsi kimi 12 sərt sanksiya tətbiq edəcək.

Yeganə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki