Fransa məhkəməsi Bəşər Əsədin həbsinə order verib

image-default-17backend

Fransa məhkəmə orqanları Suriyanın keçmiş prezidenti Bəşər Əsəd və daha 6 yüksək rütbəli keçmiş məmurun 2012-ci ildə üsyançıların nəzarətində olan və iki jurnalistin ölümünə səbəb olan bombalanması ilə bağlı həbsinə order verib.

Busaat.az xəbər verir ki, bu barədə “France24” məlumat yayıb.

Britaniyanın “The Sunday Times” qəzetində işləyən 56 yaşlı amerikalı Mari Kolvin və 28 yaşlı fransız fotoqraf Remi Oçlik 2012-ci il fevralın 22-də şərqdəki Homs şəhərində baş verən partlayışda həlak olublar. Fransa hakimiyyəti partlayışı insanlığa qarşı potensial cinayət, eləcə də müharibə cinayəti kimi araşdırır.

Bu orderlər Əsəddən başqa, o zaman faktiki olaraq Suriya 4-cü Zirehli Diviziyasının rəhbəri olmuş qardaşı Maher Əsədə, kəşfiyyat rəisi Əli Məmlükə və o zamankı ordu qərargah rəisi Əli Ayuba aiddir.

Yeganə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki