“Azərbaycanda bank sistemi onsuz da bərbad gündədir, sahibi Fransanın kavalyeri olan Unibank isə unikallığı ilə seçilir”.
Bu sözləri “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər sosial şəbəkə səhifəsində paylaşıb.
O qeyd edib ki, bank xəbərdarlıq etmədən vaxtından öncə kredit xəttini bağlayıb: “30 sentyabrda mənlə olan kredit müqavilələri başa çatır deyə, Unibank-dan 15 gün əvvəl 1900 manatlıq kredit xəttini beş illik 10 min manata qaldırmağı təklif etdilər. İmtina etdim. İmtinadan üç gün sonra limiti 500 manat aşağı saldılar. Dünən də 1400 manatlıq kredit kartı borcunu ödəyən kimi kartı sıfırlayıblar.
Yəni, müqavilənin bitməsinə hələ bir ay var və bir gün belə gecikməm olmadığı kimi 15 gün öncə yalvarırcasına kredit təklif ediblər. “Şöbədə beş dəqiqə vaxtınız gedəcək, kredit xəttini 10 min edək, əlavə də 5 min nağd kredit verək”- deyən bank kredit xəttimi bağlayıb. Bankın müştərisinə xəbərdarlıq etmədən hesabı sıfırlaması rəzillikdir”. (Sitat.info)