İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 76 nəfər artaraq 63 min 633 nəfərə çatıb.
Busaat.az xəbər verir ki, bununla bağlı Qəzza Səhiyyə Nazirliyi son məlumatları təqdim edən yazılı açıqlama yayıb.
Bildirilib ki, son 24 saat ərzində Qəzza zolağında xəstəxanalarda 76 nəfər ölüb, 281 nəfər yaralanıb. Yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəs rejiminin pozulmasından sonra İsrail ordusunun martın 18-dən bu yana başlatdığı hücumlarda 11 min 502 fələstinli ölüb, 48 min 900 nəfər isə yaralanıb.
Son 24 saatda Qəzzada humanitar yardım gözləyənləri hədəf alan hücumlarda 12 fələstinlinin öldüyü, 90 nəfərin yaralandığı bildirilib. Həmçinin, mayın 27-dən bəri İsrailin ABŞ rəhbərliyindəki sözdə yardım paylama məntəqələrini hədəf alan sistematik hücumlarında həlak olan və yaralanan fələstinlilərin sayının 2306-ya, yaralı sayının isə 16929-a çatdığı bildirilib.
2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayının 63 633 nəfərə, yaralıların sayının isə 160 914 nəfərə yüksəldiyi bildirilir.
Yeganə