Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək

image-yagis222backend

Oktyabrın 23-ü saat 09:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hazırda Lənkəran-Astara bölgəsində yağıntılı, qeyri-sabit hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, düşən yağıntının miqdarı Astarada 64 mm, Lənkəranda 53 mm, Lerikdə 50 mm, Yardımlı 40 mm təşkil edir. Yağan qar nəticəsində əmələ gələn qar örtüyünün hündürlüyü Lerikdə 17 sm olub.

Lənkəran-Astara bölgəsində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 23-ü axşamadək davam edəcəyi gözlənilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki