3 yaşına qədər olan uşaqlara uşaqpulu verilə bilər – TƏKLİF

image-2020-09-10-11-57-15r9ckgzliaiwcgcstcwcw_filebackend

Uşaqpulu məsələsi hökumətdə və parlamentdə müzakirə edilsə də, yekun qərara gəlinmədi. Bu gün Azərbaycanda 600 min uşağa müxtəlif adlar altında müavinət verilir. Amma 2000-ci ilə qədər uşaqpulu adı altında 2 manat ödənilirdi, indisə 14 növ müavinət ödənilir. Ancaq uşaqpulu mövzusu yenə də gündəmdədir, bəzən radikal qruplar bundan istifadə edirlər.

Busaat.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Elman Nəsirov deyib.

Millət vəkili təklif edib ki, parlamentdə profil komitələri işçi qrupu yaradaraq uşaqpulu məsələsini araşdırıb bu sahədə hansı addımların atılmasının mümkünlüyü müəyyənləşdirsin: “İnanın ki, bundan sonra 20 cür müavinət verilsə də, yenə deyəcəklər ki, uşaqpulu verilmir. Bəzən qeyd olunur ki, 18 yaşına qədər uşaqlara pul ödənilməsi çətindir, çünki onların sayı 2 milyon 700 mindən çoxdur. Bəlkə 0-3 yaş arasında olan uşaqlara uşaqpulunun ödənilməsi məsələsinə baxıla bilər. Cəmiyyət, insanlarımız görsün ki, uşaqpulu verilir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90