“205”lə radara düşən sürücü ilə bağlı DYP-dən qərar

image-namidanbackend

Baş Dövlət Yol Polisi İdarəsi Ağsu-Ağdaş yolunda sürücünün 205 km/saat sürətlə radara düşməsi ilə bağlı araşdırma aparıb.

Busaat.az xəbər verir ki, bu barədə lent.az-a idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev məlumat verib.

Onun sözlərinə görə, araşdırmalar zamanı həmin qayda pozuntusunda texniki səhv aşkar edilib: “Qeydə alınan cərimə və sürücünün həmin sürətlə radara düşməsi texniki səhvdir. Təbii ki, o sürətlə avtomobil getməz. Buna görə də sürücüyə tərtib olunan cərimə ləğv olunacaq”.

Qeyd edək ki, ötən gün Ağsu-Ağdaş yolunda “Kia Sportage” markalı avtomobilin 205 km/saat sürətlə radara düşməsi barədə məlumat vermişdik.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90