Məzmuna keç
  • Azeri Light127.60 $▲0.00%
  • Brent neft110.82 $▼0.31%
  • WTI neft101.37 $▲0.11%
  • Avropa qazı (TTF)94.68 €▼1.47%
  • Təbii qaz (ABŞ)3.056 $▲0.03%
  • Qızıl4 055 $▼0.18%
  • Gümüş54.04 $▼0.29%
  • Pambıq77.90 ¢▼1.53%
  • Buğda611.00 ¢▼0.20%
  • Bitcoin80 880 $▲0.10%
  • Ethereum2 353 $▲0.26%
  • S&P 5007 723▲0.60%
15°Bakı
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
Siyasət

6 aprel görüşü həlledici ola bilər – Tehran Orucoğlu

image-tehran
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü planlaşdırılır. Düşünürəm ki, bu görüş həlledici ola bilər”.

Bu fikirləri Busaat.az-a açıqlamasında siyasi şərhçi Tehran Orucoğlu səsləndirib. O bildirib ki, Avropa İttifaqı Qarabağdakı prosesləri yaxından izləyir.

“Avropa İttifaqı ilə Azərbaycan müsbət əlaqələri var. İttifaqın Prezidenti ilə Azərbaycan Respublikasının Prezidenti dəfələrlə görüşlər keçirib. Bu görüşlərin hər biri Azərbaycanın mənafeyinə tam uyğun olub. Avropa İttifaqının Cənubi Qafqaz regionunda sülhü təmin etmək üçün vasitəçi olması başadüşüləndir. Həmçinin ittifaq Qarabağda son yaşananları yaxından izləyir. Azərbaycan ordusunun antiterror əməliyyatları son günlər dünya mediasında yer alır ki, Aİ sülh müqaviləsinin imzalanması üçün şəraitin yarandığını başa düşür. Təbii ki, Azərbaycan diqtə edən tərəf olaraq qalmaqdadır. Sülh müqaviləsi Azərbaycan torpaqlarından silahlı quruplaşmaların tam çıxarılmasından sonra mümkün olacaq. Həmçinin Ermənistanın Azərbaycana qarşı ərazi iddiası olmayacağı təqdirdə yekun nəticə əldə edilə bilər. Ermənistan baş nazirinin təhlükəsizlik şurası ilə keçirdiyi iclas zamanı sülh müqaviləsinin bağlanmasının vacibliyi ilə bağlı səsləndirdiyi fikirlər nikbin düşünməyə imkan verir. 6 aprel tarixində reallaşacaq görüş tarixi ola bilər”.

Ariz Həsənoğlu

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=74178