6 saatlıq Cenevrə görüşü: İlk dəfə idi ki, Minsk Qrupu…backend

Cenevrə görüşündə Azərbaycan öz mövqeyini bir daha həmsədrlərə çatdırdı. Ermənistanın Azərbaycana qarşı tərətdiyi cinayətlərlə bağlı birbaşa məlumat verildi. O cümlədən Azərbaycan bir daha hümanitar məsələlərdə öz mövqeyini açıq şəkildə bəyan etdi.

Busaat.az xəbər verir ki, bu fikirləri Teleqraf.com-a açıqlamasında Azərbaycanın AŞPA-da Nümayəndə Heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.

Onun fikrincə, Azərbaycanın artıq danışıqlarda mövqeyi, çəkisi yanaşması və münasibəti fərqlidir:

“Azərbaycan indiyə qədər torpaqlarını itirmiş və danışıqlar vasitəsi ilə ərazilərini geri qaytarmaq mövqeyində olan ölkə idi. İndi isə torpaqlarının bir qismini azad etmiş, reallığı dəyişdirmiş bir dövlətdir. Eyni zamanda azadetmə prosesini davam etdirmək niyyətində olan bir ölkəyə çevrilmişik. Bu fərqi hər kəs dərk edir, başa düşür. Ona görə indi Azərbaycan konkret olaraq danışıqlar prosesində ATƏT-in Minsk Qrupundan gözləyir ki, reallığı qəbul edirlərsə, etsinlər. Bundan sonra danışıqlar konstruktiv şəkildə gedə bilər. Qəbul etməyəcəklərsə, onlar Azərbaycanın gücünü gördülər”.

Səməd Seyidov bildirib ki, indi tamamilə başqa bir reallıq var:

“Onlar illər boyu bizə deyirdilər ki, siz reallıqla hesablaşmalısınız. Doğrudur, deyirdilər ki, gəlin, oturun, söhbət edin. Hansı razılığa gəlsəniz, biz də onu dəstəkləyəcəyik. İndi isə Azərbaycanın mövqeyi belədir. Siz də, bu reallıqla hesablaşmalısınız, hesablaşılmalıdır”.

AŞPA təmsilçisinin sözlərinə görə, bu mühiti, reallığı, vəziyyəti Azərbaycan yaradıb:

“Ona görə də, Cenevrədə məhz 6 saat çəkən danışıqlar həmsədrlərə və Ermənistana böyük təsir edib. Cenevrə danışıqları ilk dəfə ATƏT çərçivəsində Azərbaycanın yaratmış olduğu reallıqla Minsk Qrupunun və Ermənistanın hesablaşma mərhələsinə keçməsi adlandırıla bilər